Paşinyan Təhlükəsizlik Şurasının üçüncü iclasını çağırdı 

18:36 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində Təhlükəsizlik Şurasının üçüncü iclasını çağırıb. 

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, iclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Gündəliyə regiondakı vəziyyətlə bağlı təhlükəsizlik məsələləri və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi daxil olunub. /unikal/